Hazırda həbsdə olan Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədova yenidən cinayət işi açılıb.
Ulusal.az “Gününsəsi.info”ya istinadla bildirir ki, Elsun Əhmədov bu dəfə dələduzluqda ittiham olunur.
Məlumata görə, Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə aparılan istintaqa əsasən, sabiq hakim başqasının 20 min manat pulunu ələ keçirməkdə günahlandırılır.
Xatırladaq ki, Elsun Əhmədov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə rüşvət almaq ittihamı üzrə 5 il müddətinə azadlıqdan məhrum edilib.