Bu gecə ABŞ-də Liqa Kubokunun finalında “Sietl Saunders” ilə Lionel Messinin kapitanı olduğu “İnter Mayami” qarşılaşıb.
Ulusal.az xəbər verir ki, matç “Sietl”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandanın heyətində Osaz De Rozario, Aleks Roldan və Pol Rotrok fərqləniblər.
Bu, onların turnir tarixində ilk tituludur.
Qeyd edək ki, Liqa Kuboku 2019-cu ildən bəri MLS (ABŞ və Kanada) və Liqa MX (Meksika) klubları arasında keçirilən Şimali Amerikanın klub futbol turniridir. Keçən mövsümdə turnirin qalibi “Kolumbus Kryu” olub.