image-2000x150
image-4444backend

Adı İrandır, amma erməniyə işləyir

image-728x90

Adı İran mediası ola bilər. Amma yazdıqları erməni mediasından daha radikaldır. Özlərini islam, din dövləti adlandıran İran Azərbaycan xalqını ən biabırçı şəkildə təhqir etməkdən çəkinmir. Maraqlıdır ki, bunu onlar haqqında nəsə yazdığımız üçün etmir. Azərbaycanlı jurnalistlər Xocalıya getmək üçün Laçın dəhlizində haqlarını tələb edirlər. Və, İran mediasının qəzəbinə gəlirlər. Bu İranın rəsmi medialarında yayılan xəbərlərdir. Azərbaycan jurnalistlərini Xocalıya getməkdə günahlandıran və bölgədə qarmaqarışıqlıq yaratmaqda suçlayan İranı içdən isidən nədir? İran mediası bizim Xocalıya, Xankəndinə getməyimizə niyə bu qədər qıcıq göstərir?

Səbəb çox da dərində deyil, 30 ildir işğalda qalan torpaqlarımızda talançılıqla məşğul olan elə İran olub. Rəsmi Tehran bilir ki, Təbriz və İrandakı azərbaycanlılar yatmış vulkandır. O, vulkan püskürəndə isə farsı, ermənini ayaqlar altına qoyacaq. İndi İran hökuməti öz sözlərini qeyri-rəsmi olaraq  “siyasi təhlilçi” fars və yaxud erməni qanlı olan Salar Seyfəddini vasitəsilə həyata keçirdir.   Azərbaycanın tarixi və rəsmi yer adlarını qondarma ifadələrlə əvəzləyib, Prezident və jurnalistləri təhqir edən bu qanıpozuq bütün bunlara görə tezliklə cavab verəcək.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90