“Türkiyə və Suriyada zəlzələ nəticəsində ölənlərin sayı indiki rəqəmdən iki dəfə arta bilər”
Bu fərziyyəni Adanada olan BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits “Sky News”a müsahibəsində irəli sürüb.
Onun sözlərinə görə, mövcud vəziyyəti dəqiq qiymətləndirmək çətindir:
“Binaların dağıntılarını tam tədqiq etmək və ölənlərin sayını hesablamaq lazımdır. Təbiət geri zərbəni çox qəddarcasına vurur. Bu metal və daş yığıntılarının altında insanların sağ qaldığını bilmək ağırdır”.