image-2000x150
image-1backend

Yeni qanun: Bu şəxslərə siqaret satışı ömürlük qadağan edildi

image-728x90

İngiltərədə yeni nəslin ömürlük siqaretə çıxışını qadağan edən qanun layihəsi parlamentdə təsdiqlənib.

Ulusal.az xəbər verir ki, “siqaretdən azad nəsil” yaradılması təşəbbüsü çərçivəsində 2009-cu il yanvarın 1-dən sonra doğulanlara siqaret satışı qadağan edilib. Təsdiqlənən qanunla bu il 15 yaşı tamam olan uşaqlar ömürləri boyu siqaret ala bilməyəcəklər.

Qanun layihəsi İcmalar Palatasında 383 deputatın təsdiqi ilə qəbul edilib, 67 deputat isə qanun layihəsinə qarşı çıxıb. Qanun hakim Mühafizəkarlar Partiyası daxilində mübahisə yaradıb.

BBC-yə danışan bəzi deputatlar qanunu dəstəkləməyəcəklərini bildiriblər.

Hakim partiya vurğulayıb ki, parlamentdə səsvermə zamanı deputatlar istədikləri kimi səs verməkdə azad olacaqlar. Qanun siqareti deyil, siqaret məhsullarının satışını qadağan edir. Demək olar ki, hər dəqiqə bir insan infarkt, insult və ağciyər xərçəngi kimi siqaretlə əlaqəli səbəblərdən xəstəxanaya yerləşdirilir.

Qanunun işləməsi üçün yoxlamalar həyata keçiriləcək. Uşaqlara tütün və ya elektron siqaret satdığı aşkarlanan bazarlarda dərhal cərimə tətbiq olunacaq. Bu cərimələrdən əldə edilən gəlir qanunun funksionallığının gücləndirilməsinə sərf ediləcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90