image-rt-reklam
image-1backend

Vuçiçdən gözlənilməz açıqlama: “Bayraktar TB2”-ləri vuracağıq!

image-728x90

Hindistan və Yunanıstandan sonra “Bayraktar TB2” PUA-lar üçün yeni bir təhlükə yaranıb.

Ulusal.az xəbər verir ki, Serbiya prezidenti Aleksandar Vuçiç Kosovonun keçən il aldığı TB2 PUA-larının 5 və 20 iyun tarixlərində Serbiya yaxınlığında uçduğunu bildirib. O, həmin puaların Serbiyanı izlədiyini iddia edərək onları vurmaqla hədələyib.

Vuçiç uçuşun baş verdiyi ərazinin NATO-nun Kosovo Sülh Qüvvələrinin (KFOR) nəzarətində olan ərazi olduğunu bildirib. O, həmin əraziyə hörmətlə yanaşdıqlarını da qeyd edib.

Kosovo müdafiə naziri Maqedonci isə yerli mətbuata açıqlamasında Vuçiçin açıqlamalarının həqiqəti əks etdirmədiyini iddia edib:

“Bizim Kosovo təhlükəsizlik qüvvələrinin tərkibində “Bayraktar” PUA ilə işləyən pilotsuz aviasiya sistemləri bölməmiz var. Əməliyyatlar isə Kosovo Respublikasının ərazisində heç bir qonşu ölkəyə casusluq etmək və ölkələrin hava məkanını pozmaq niyyəti olmadan həyata keçirilir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90