Ukraynanın Lisiçanska endirdiyi zərbə nəticəsində qondarma “Luqansk Xalq Respublikası” nın fövqəladə hallar naziri həlak olub.
APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, Ukrayna silahlı qüvvələrinin fevralın 3-də Lisiçanskı raket atəşinə tutması nəticəsində “LXR”-in “fövqəladə hallar naziri” Aleksey Poteleşenko ölüb.
Poteleşenkonun ötən ilin sentyabrından “respublika”nın FHN-nə rəhbərlik etdiyi bildirilib.






















