image-rt-reklam
image-1backend

Ukrayna Rusiyadan bu qədər təzminat tələb edir – ŞOK MƏBLƏĞ

image-728x90

Ukraynanın Rusiya ilə müharibədə itkiləri 1 trilyon dollara çatıb.

Ulusal.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko deyib.

“Kiyevin hesablamalarına görə, söhbət 750 milyard dollarlıq birbaşa ziyandan gedir. Dolayı itkiləri də əlavə etsək, bu rəqəm 1 trilyonu keçir”, – deyə Ustenko bildirib.

Qeyd edək ki, 2022-ci ilin iyulunda Ukraynanın baş naziri Denis Şmıqal ölkənin bərpası üçün 750 milyard dollara ehtiyac olduğunu bildirib. O, hökumətin ölkəyə dəymiş bütün zərərin qeyd olunacağı elektron xəritə hazırladığını açıqlayıb.

Baş nazirin fikrincə, əsas bərpa mənbəyi Rusiya və rus oliqarxlarının müsadirə edilmiş hesabları olmalıdır.

Xatırladaq ki, fevralın 1-də Avropa Şurası Avropa Komissiyasının Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya yardımın maliyyələşdirilməsi üçün istifadə edilməsi təklifini təsdiqləyib.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90