image-rt-reklam
image-1backend

Ukrayna-Rusiya müharibəsi Afrikaya yayıldı: Bu ölkə Kiyevlə diplomatik əlaqələri kəsdi

image-728x90

Mali Əlcəzair sərhədində tuareq üsyançıları ilə ordu arasındakı qarşıdurmada üsyançılara kəşfiyyat dəstəyi verdiyini bildirən Ukrayna ilə diplomatik əlaqələri kəsdiyini bəyan edib.

Ulusal.az xəbər verir ki, bu barədə Malidəki keçid hökumətindən açıqlama verilib.

Açıqlamada Ukraynanın Dakardakı səfiri Yuri Pyvovarovun terroru dəstəkləyən postları xatırladılıb və Ukraynanın Saheldə “açıq-aşkar terroru dəstəklədiyi” bildirilib.

Bildirilir ki, bu iddialarından sonra Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov və Ukraynanın səfiri Pivovarov barəsində cinayət işi də başlanacaq.

Bununla bağlı Ukraynanı dəstəkləyən dövlətlər və regional təşkilatlara xəbərdarlıq ediləcək və Kiyevə verilən dəstək “terrora dəstək” kimi qiymətləndiriləcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90