Bu gün Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub.
Ulusal.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Bildirilir ki, bu gün 95 rusiyalı hərbçi əsirlikdən geri qaytarılıb və əvəzində eyni sayda ukraynalı hərbi əsir qarşı tərəfə təhvil verilib.
Birləşmiş Ərəb Əmirlikləri prosesdə vasitəçi qismində çıxış edib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə öz növbəsində teleqram kanalında geri qaytarılan ukraynalı hərbi əsirlərin fotolarını paylaşıb.