image-rt-reklam
image-5backend

Türkiyənin vitse-prezidenti Qırğızıstanda səfərdədir

image-728x90

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Qırğızıstana rəsmi səfərə gəlib.

Ulusal.az  xəbər verir ki, yüksək vəzifəli qonağı Manas Beynəlxalq Hava Limanında Nazirlər Kabinetinin sədri Adılbek Kasıməliyev qarşılayıb.

Səfər çərçivəsində Türkiyənin vitse-prezidentinin Qırğızıstan Prezidenti Sadır Japarov və Adılbek Kasıməliyevlə görüşü nəzərdə tutulub.

Bundan əlavə, Adılbek Kasıməliyev və Cevdet Yılmazın sədrliyi ilə Qırğızıstan-Türkiyə Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası, eləcə də Qırğızıstan-Türkiyə Biznes Forumu keçiriləcək.

Həmçinin sentyabrın 18-də Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşü keçiriləcək. Toplantıda digər üzv ölkələrlə yanaşı, Azərbaycan Baş naziri Əli Əsədov da iştirak edəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90