image-rt-reklam
image-1backend

Türkiyədən ən çox silah alan ölkə: Qətəri də geridə qoyublar

image-728x90

Türkiyənin Müdafiə Sənayesi prezidenti Prof. Dr. Haluk Görgün Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun qlobal silah hesabatını dəyərləndirib.

Ulusal.az xəbər verir ki, araşdırmaya görə, 2018-2022-ci illər arasında qlobal silah ixracatının 1,1 faizini reallaşdıraraq 12-ci yerdə olan Türkiyə, 2019-2023-cü illər arasında bu nisbəti yüzdə 1,6-ya çatdırıb və 11-ci yerə yüksəlib.

Martın 11-də açıqlanan hesabata görə, Türkiyənin ən çox silah ixrac etdiyi ölkələr Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ – 15 faiz), Qətər (13 faiz) və Pakistandır (11 faiz). Türkiyə yüzdə 6,3 faizlə Afrikaya ən çox silah verən 4-cü ölkə olub.

Bu sıralamada Nigeriyaya döyüş helikopterlərinin satışı və region ölkələrinə təlim təyyarələri və PUA tədarükü təsirli olub.

Türkiyə BƏƏ, Bəhreyn və Banqladeşin ən çox silah satın aldığı 2-ci ölkə olub.

SIPRI araşdırmasına görə, dünyanın 17-ci ən böyük silah idxalçısı olan Türkiyənin idxalı qeyd olunan illər arasında 29 faiz azalıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90