image-rt-reklam
image-1backend

ŞOYQUNUN MƏŞUQƏSİNİN ORTAĞI… – “Voentorq” şirkətinin rəhbərliyində həbslər başlayıb

image-728x90

Rusiya Müdafiə Nazirliyində və ordunun təminatında iştirak edən strukturlarda həbslər davam edir.

Ulusal.az  xəbər verir ki, Rusiya KİV-i bu dəfə məşhur “Voentorq” şirkətinin rəhbərinin həbs edildiyini yazıb.

Rusiya Daxili İşlər Nazirliyindən(DİN) verilən məlumata görə, Müdafiə Nazirliyi üçün dövlət sifarişlərinin icrası zamanı xüsusilə külli miqdarda oğurluq faktı ilə əlaqədar olaraq “Voentorq”-un direktoru saxlanılıb. Məlumatda deyilir ki, 2019-cu ildə “Voentorq”un rəhbəri və onun əməkdaşları Moskva, Şimali Osetiya, Stavropol diyarı, Pskov vilayəti və digər bölgələrdə digər cinayət ortaqları ilə birgə cinayətkar sxem qurublar. Təxminən 625 milyon rubl dəyərində ordu çantalarının tədarükü üçün dövlət müqavilələri bağlayıblar. 2019-cu ilin dekabrından 2022-ci ilin dekabrına qədər cinayət ortaqları müxtəlif təşkilatlar vasitəsilə istehsal şirkətlərindən çantalar alaraq, Müdafiə Nazirliyinə qat-qat baha qiymətə satıblar. DİN-in məlumatında deyilir ki, sözügedən şəxslər “məhsulları Müdafiə Nazirliyinə satarkən malların qiymətini iqtisadi cəhətdən əsassız olaraq 400 milyon rubldan çox artırıblar”. Nəticədə hərbi idarəyə və Rusiya büdcəsinə “xüsusilə böyük miqyasda ziyan dəyib”.

“Voentorq” rəhbəri və digər şəxslər Cinayət Məcəlləsinin 159-cu maddəsi (mütəşəkkil dəstənin tərkibində və ya xüsusilə külli miqdarda dələduzluq, on ilədək azadlıqdan məhrum etmə) ilə ittiham olunurlar.

DİN qeyd edir ki, iş çərçivəsində Müdafiə Nazirliyinin rəhbər şəxsləri və əməkdaşlarının evlərində, “Voentorq” şirkətinin və bir sıra əlaqəli şirkətlərin binalarında 64 axtarış aparılıb, sənədlər, elektron yaddaş daşıyıcıları, mobil telefonlar götürülüb, 30-dan çox şahid dindirilib”.

“RİA Novosti”-nin əldə etdiyi məlumata görə, iyulun 31-də Moskva məhkəməsi iş üzrə müttəhimlərin əmlakına həbs qoyub. Lakin bütün bu rəsmi məlumatlarda “Voentorq” rəhbərinin kimliyi göstərilmir, adı çəkilmir. Rusiya mətbuatı isə yazır ki, 2012-ci ildən şirkətin baş direktoru Vladimir Pavlovdur. O, keçmiş Müdafiə naziri Sergey Şoyqunun məşuqəsi Yelena Şebunovanın uzun müddətdir ki, iş ortağıdır. Onlar hətta birlikdə “Grossbeef” restoranını açıblar. Pavlov həm də “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin “sponsoru” olub və qeyd edilir ki, “Voentorq” üçün qida tədarükçülərinin təxminən yarısı Priqojinlə əlaqəli olub.

Xəbərdə deyilir ki, “Voentorq” Müdafiə Nazirliyi və digər nazirlik və idarələr üçün iaşə xidmətləri təşkil edir, məişət təminatı sahəsində digər xidmətlər göstərir. 2016-cı ildən təşkilat Rusiya ordusu üçün geyim və xidməti avadanlığın yeganə tədarükçüsü olub.

Bundan əvvəl “Voentorq”un adı müdafiə nazirinin yenicə həbs olunmuş keçmiş müavini, general Dmitri Bulqakovun işində çəkilirdi. O, qoşunlara 9 milyon ədəd rasionu şişirdilmiş qiymətə verməkdə ittiham olunurdu. Hüquq-mühafizə orqanlarının məlumatına görə, general rasionda olan əti daha ucuz olanlarla əvəz edərək, qoşunları keyfiyyətsiz ərzaqla təmin edən Qryazinski ərzaq zavodunun maraqları üçün lobbiçilik edib. Bunun müqabilində Bulqakov müəssisənin top-menecerlərindən pullar alıb. İstintaq Bulqakovun əməllərindən dəyən ziyanı 1,3 milyard rubl qiymətləndirib.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90