image-rt-reklam
image-1backend

San-Fransisko rəhbərliyi evsizlərə birtərəfli biletlər verərək şəhərdən qovur

image-728x90

ABŞ-da San-Fransiskonun səlahiyyətli şəxsləri şəhəri evsizlərdən təmizləmək üçün onlara birtərəfli avtobus biletləri verməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə The New York Times (NYT) məlumat yayıb.

Qeyd olunub ki, şəhər rəhbərliyi evsizlərin cərimələməsini və nəticədə onların San-Fransiskonu tərk etməyə təşviq etmək üçün pulsuz avtobus biletləri verməyi tapşırıb.

Nəşr qeyd edib ki, mer həm də çadır şəhərciklərinin “təmizlənməsi” ilə bağlı göstəriş verib və polis əməkdaşlarına küçədə yaşadıqları üçün evsiz insanları məsuliyyətə cəlb etməyə icazə verib.

“The Wall Street Journal” isə xəbər verib ki, ABŞ-da evsizlərin sayı 2023-cü ilin əvvəlindən bəri illik müqayisədə rekord səviyyədə – 11% artıb.

Mütəxəssislər evsizlərin sayının artmasının əsas səbəbini mənzillərin baha olması, kirayə yerlərin olmaması və miqrantların sayının artması ilə izah edir. San-Fransiskoda mülayim iqlimi səbəbindən çoxlu evsiz insan var.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90