Ukrayna ərazisindən Rusiyanın Kursk vilayətinə pilotsuz uçuş aparatları və raketlərlə kütləvi hücum olub.
Vətəninfo.az-ın TASS-a istinadən məlumatına görə, bu barədə regional administrasiyadan məlumat verilib.
Yayılan informasiyaya əsasən, hazırda ərazidə vəziyyət gərgin olaraq qalmaqdadır.
Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Ukrayna ərazisindən sərhəd pozulmasının qarşısını aldığı barədə xəbər yayılıb.