image-rt-reklam
image-1backend

Qənirə Paşayeva  “Zəfər” medalı ilə təltif olundu – FOTO

image-728x90

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin (AVMVB) rəhbər heyəti ilə görüşüb. Milli Məclisdə baş tutan görüşdə AVMVB sədri Füzuli Rzaquliyev, AVMVİB NTK sədri Niyazi Quliyev, sədrin müşaviri Nəsibə İsrafilqızı və Səbayel rayon təşkilatının sədri Fəqan Nəbizadə iştirak edib.

Ulusal.az xəbər verir ki, komitə sədri AVMVB rəhbərliyinin timsalında bütün AVMVB üzvlərini salamlayıb, Birliyin fəaliyyətini yaxından izlədiyini və təqdir etdiyini bildirib, ürək sözlərini bölüşüb.
I Qarabağ müharibəsi dövründə özü, II Qarabağ müharibəsi dövründə oğlu zabit kimi öncəbhədə xidmətdə olan Füzuli Rzaquliyevin, onun silahdaşlarının və Birlik mənsublarının şəhid ailələri, yaralı qazilər, ümumən müharibə iştirakçıları ilə sıx təmsada olduğunu minnətdarlıqla qeyd edən Q.Paşayeva, AVMVB-yə yeni uğurlar diləyib.

F.Rzaquliyev AVMVB rəhbərliyinin və fəallarının Laçından yeni döndüyünü, orada hərbçilərimizlə yaddaqalan görüşlər keçirildiyini bildirib:
“30 il öncə, 42 kəndinin düşməndən azad edilməsində iştirak etdiyim Laçında olmaq şəxsən mənimçün fövqəladə hadisəydi. Vətənimizin hər qarışı əzizdir; amma Şuşa və Laçının şəxsən mənim üçün müstəsna yeri var. Ulu Tanrı şəhidlərimizə rəhmət eləsin, indi onların ruhu şaddır.
Laçın səfərində məqsədimiz, həm əsgərlərimizi tarixi Zəfərin, o cümlədən Laçının azad olunmasının ikinci ildönümü münasibəti ilə təbrik etmək həm də, Laçının coğrafi mövqeyinin özəlliklərinə dair, I Qarabağ müharibəsində yaşananlara dair onlarla fikir mübadiləsi aparmaq, ürək sözlərimizi bölüşməkdi. İstədik ki, köhnə döyüşçülərin də onların yanında olduğunu bildirək.
Bəli, şair demiş, “Ordum varsa, yurdum var”! Tanrı Ali Baş Komandanımız başda olmaqla Müzəffər Ordumuzu qorusun! Hər birimizin qəlbi ordumuzla vurmalıdır və vurur.!
Sözünə davam edən F. Rzaquliyev deyib:

“Qənirə xanım, biz Sizin şəhid ailələri ilə, qazilərlə ardıcıl görüşlərinizi hörmətlə izləyir, Sizin bir Millət vəkili olaraq, müharibə iştirakçılarına həssas münasibətinizi yüksək qiymətləndiririk.
Məmnuniyyətlə bildirmək istərdim ki, AVMVB İdarə heyətinin qərarıyla Siz “Zəfər” medalı ilə təltif olunmusuz. İcazənizlə medalı və onun vəsiqəsini Sizə təqdim edək”.

Q.Paşayeva nəcib təltif və xoş sözlər üçün təşəkkür edib: “Belə bir qurum tərəfindən “Zəfər” adlı medalla təltif olunmaq şərəfli, qürurlu olduğu qədər də məsuliyyətlidir. Bu o deməkdir ki, biz daha çox çalışmalıyıq.
Xahiş edirəm, mənim təşəkkürlərimi AVMVB-nin İdarə heyətinə çatdırasız. Çox sağ olun!
Ayrıca, Sizin Laçına səfər etməyiniz çox yaxşı təşəbbüs olub. Buna görə də Sizi təbrik edir, səfərin təşkilində əməyi keçən hər kəsə öz minnətdarlığımı bildirirəm. Bəli, köhnə döyüşçülərin bu cür təmaslarına şərait yaratmaq ümumi işin xeyrinədir. Bu, ilk növbədə döyüş ruhunu yüksəldir, əsgərlərimizdə özgüvən hissini gücləndirir. Sizinlə razıyam ki, öncəbhədə, düşmənlə üz-üzə dayanan əsgər və zabitlərimizlə belə təmaslar çox vacibdir.

Mən bir daha, sizləri, Vətənimizin keşiyində dayanan hərbçilərimizi, ölkəmizin bütün vətəndaşlarını, Dünya Azərbaycanlılarını tarixi Zəfərimizin və Laçının azad olunmasının ikinci ildönümü münasibəti ilə ürəkdən təbrik edirəm”!

Sonra qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb, xatirə şəkli çəkilib.
Komitə sədri AVMVB rəhbərliyinə Xarıbülbül motivli xatirə hədiyyəsi təqdim edib.

image-1 image-2

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90