“Azərbaycanda toylarda sifariş olunan ərzaqlarla bağlı normalar tətbiq olunmalıdır”.
Ulusal.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin bu gün keçirilən birgə iclasında deputat Aydın Hüseynov çıxış edib.
“Toylarımızda, məclislərimizdə ərzaqla bağlı normalar olmalıdır. Yəni, mən bu qədər vəsait, pul verirəm və istədiyim qədər ət məhsulları, çörək və s. məhsullar sifariş edə bilərəm. Çünki istehlak səbətimiz var. İstehlak səbətinə daxil olan məhsulların kalori normaları var. Ona görə də, lap elə restoranlarda sifariş verilərkən kim nə qədər vəsait verəcək, o qədər yox, hər bir nəfər üçün müəyyən normalar müəyyələşməlidir. Biz bu sahədə qənaət yaratmaqla elə bolluq yaratmış olarıq”, – deyə deputat bildirib.