“Zamanında ölkədə ağır sənaye olubsa da, biz “Mercedes”, “BMW” istehsal edən ölkə olmamışıq, deyilik və olmayacağıq”.
Ulusal.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Elnur Allahverdiyev deyib.
Deputatın sözlərinə görə, kənd təsərrüfatı bizim birinci prioritetimizdir: “”Yalnız daxili istehlak üçün yox, eləcə də xaricə ixrac üçün geniş potensial var. Sadəcə burada subsidiyalarla bağlı bəzi nüanslar var. Subsidiyaları dövlət ayırır, amma bunlar bütöv rəqəm olaraq verilir.
Bizim 25 bankımız var və onların da 6 milyarddan yuxarı pulu yatır. Subsidiya veririksə, 10 nəfərə yox, 20 nəfərə vermək üçün subsidiyanın faizini, ilkin ödənişini dövlət banka bağlasın. Bu kənd təsərrüfatı ilə məşğul olan fermerlərə böyük dəstək verər”.