12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva dekabrın 14-də Korgöz bələdiyyəsinin inzibatı binasındabir qrup vətəndaşı fərdi şəkildə qəbul edərək onların müraciət və təkliflərini dinləyib.
Vətəndaşlar qəsəbədə fərdi evlərin sənədləşdirilməsi, yarımçıq qalmış kanalizasiya sisteminin yenidən qurulması və yeni yaşayış massivində kanalizasiya xətlərinin ana xəttə birləşdirilməsi,qəsəbəyə fasiləsiz su verilməsinin təmin edilməsi,avtobus dayanacağının quraşdırılması, asfalt örtüyü çəkilmiş yolların işıqlandırılmasının başa çatdırılması,məhəllədaxili yolların təmiri və asfaltlaşdırılması, özünüməşğulluq proqramına cəlb edilmələri, onlara ünvanlı sosial yardım təyin edilməsi, işə qəbul olunmalarıvə bəzi sosial məsələlərlə bağlı müraciət ediblər.
Qəbulda vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi məqsədilə qeydə alınıb.Vətəndaşların müraciətləri müvafiq qurumlara təqdim edilmək üçün millət vəkili Səbinə Xasayeva tərəfindən nəzarətə götürülüb.
Müraciət edənlərqəbul zamanı onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər, hər belə qəbul və görüşlərin dövlət başçısının vətəndaşların qəbulu və onların problemlərinin həllinə köməklə bağlı verdiyi tövsiyyələrin yerinə yetirilməsinin təzahürü olduğunu qeyd ediblər.