Milli Məclisin deputatı Jalə Əhmədova noyabrın 21-22-si tarixlərində Salyan rayonunda seçicilərinin qəbulunu keçirib. Bu barədə Ulusal.az-a məlumat verən millət vəkili bildirib ki, Salyan şəhərində yerləşən deputat ofisində baş tutan qəbulda şəhid ailələri, qazilər, Qarabağ müharibəsi iştirakçıları və digər rayon sakinləri olmaqla, ümumilikdə 60-a yaxın seçici iştirak edib.
Deputat Jalə Əhmədova onları dinləyib, problemləri ilə maraqlanıb:
“Seçiciləri narahat edən məsələlər barədə qeydiyyatlar aparıb, problemlərin həlli üçün səlahiyyətlərim çərçivəsində bacardığım köməkliyi əsirgəməyəcəyimi bildirdim. Qəbul zamanı vətəndaşlar əsasən işsizlik, pensiya, əlillik, sosial müavinət məsələləri ilə bağlı problemləri səsləndirdilər”.