image-rt-reklam
image-jale-2backend

Ermənistan-Azərbaycan münaqişəsinin 30 il müddətində həll olunmamasında  Fransanın böyük rolu olub

image-728x90

Həmişə ermənipərəst mövqeyi ilə seçilən Fransa Senatının qəbul etdiyi məlum qətnamədən sonra Fransanın Milli Assambleyasının noyabrın 30-da Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil edərək ədalətsiz və qeyri-obyektiv bir akt qəbul etməsi beynəlxalq hüquq normalarına ziddir.

30 il müddətində Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqlarında ermənilər tərəfindən törədilmiş vandalizm aktlarına, soyqırıma münasibət bildirməyən Fransa, əksinə həmişə işğalçı Ermənistana açıq-aşkar dəstək verib. Və nəticə etibarı ilə Ermənistan-Azərbaycan münaqişəsinin 30 il müddətində həll olunmamasında  Fransanın böyük rolu olub. Belə ki, danışıqlar prosesində vasitəçi rolunu oynayan Fransa yalnız və yalnız Ermənistanın mövqeyini qoruyub, Cənubi Qafqazda təhlükəsizlik üçün əsas təhdid olan bu münaqişənin həlli üçün heç bir addım atmayıb.

Fransa Senatının 2022-сi il noyabrın 15-də,  bu ölkənin Milli Assambleyasının noyabrın 30-da qəbul etdiyi və birbaşa Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hədəf alan, obyektivlikdən cox-çox uzaq olan qətnamələrini qəti şəkildə rədd edir və siyasi riyakarlıq kimi dəyərləndiririk.

Jalə Əhmədova

Milli Məclisin deputatı

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90