Dünya çempionu Argentina və Fransa çempionu PSJ-nin 35 yaşlı hücumçusu Lionel Messi karyerasını başa vurmasından danışıb.
Ulusal.az xəbər verir ki, ulduz futbolçu deyib:
“Düşünürəm ki, lazım olan anda dünya çempionu oldum. Bu, karyeramın sonu, böyük bir dövrün sonu. Milli ilə bütün arzularımı həyata keçirdim. Fərdi səviyyədə mən mümkün olan hər şeyə nail olmuşam. Bütün bunlara karyeramın sonunda sahib olmaq vacib idi.
Mən karyerama yeni başlayanda bütün bunların baş verəcəyini ağlıma belə gətirmirdim. Peşman deyiləm, bundan artığını gözləyə bilməzdim. Amerika kubokunu və dünya kubokunu da qazandıq. Başqa titullar qalmayıb”,
Messinin 37 yaşlı portuqaliyalı hücumçu Kriştiano Ronaldonun Çempionlar Liqasında vurduğu 140 qol rekordunu keçmək üçün PSJ ilə müqaviləsini uzatması gözlənilir. Messi 129 qol vurub.