Türkiyədə Kahramanmaraşın episentri olduğu zəlzələlərdən sonra dünyanın bir çox yerlərindən yardımlar gəlməyə davam edir.
Ulusal.az “TRT Haber”ə istinadla xəbər verir ki, dünya futbol ulduzları da bu zəlzələlərə səssiz qalmadılar.
Belə ki, məşhur futbolçu Lionel Messi Türkiyə və Suriyada baş verən zəlzələlərdən sonra 3,5 milyon avro yardım etdiyini açıqlayıb.