İran – İsrail münasibətləri kəskinləşməkdə davam edir.
Ulusal.az xəbər verir ki, İsrailin İrana yaxın zamanda zərbə endiricəyi haqqında iddialar səslənir.
Bu dəfə Fransanın dövlət radiosu belə bir iddia ilə çıxış edib. Fransa radiosu iddia edir ki, İsrail İranda 3 min hədəf müəyyən edib. Hər an İranda həmin hədəfləri bombalaya bilər.