İsrail prezidenti Yitzhak Hersoq hüquqi islahatlar layihəsinə qarşı kütləvi etirazlar fonunda xalqa xüsusi müraciəti zamanı deyib ki, gücü iflic etmək olmaz.
Ulusal.az xəbər verir ki, bu haqda “The Times of Israel” məlumat yayıb.
“Heç bir güc iflic ola bilməz” deyən Hersoq, Netanyahu hökumətini etirazçıların “ağrı fəryadını eşitməyə” çağırıb.
Hersoq, həmçinin xəbərdarlıq edib ki, ölkə konstitusiya və sosial çöküşün astanasındadır.
Qeyd edək ki, islahatın əleyhdarları və etiraz aksiyalarının təşkilatçıları bütün rəğbət bəsləyənləri milli tətilə qoşulmağa çağırıblar – çağırış sosial şəbəkələrdə dərc olunub.