image-rt-reklam
image-ipotekabackend

Ən ucuz ipotekanı hansı ölkə verir? – SİYAHI

image-728x90

Avropada nə ucuz və baha mənzil krediti verilən dövlətlər müəyyən edilib.

Ən baha ipotekanın verildiyi Avropa ölkələri Moldova, Macarıstan və Ukrayna olub.

2022-ci ilin noyabr ayında Moldovada orta ipoteka dərəcəsi illik 12,89 faizə çatıb. Bu, 2016-cı ilin may ayından bəri ən yüksək göstəricidir. Əlverişsiz mənzil kreditlərində ikinci yerdə olan Macarıstanda 2015-ci ildən bəri ən yüksək faiz dərəcəsi 10,95 faiz olub. İlk üçlüyü 10,95 faizə enən Ukrayna bağlayıb.

Dördüncü yeri 9,3 faiz göstərici ilə Polşa, beşinci yeri isə 7,11 faizə enən Rusiya tutub. İlk onluqda, həmçinin Rumıniya (6,96 faiz), Böyük Britaniya (5,97 faiz), Monteneqro (4,98 faiz), Serbiya (4,77 faiz), Latviya və Litva (4,09 faiz) yer alıb.

15 Avropa ölkəsində banklar borcalanlara 3-4 faiz dərəcəsi ilə ipoteka təklif edir. Ən ucuz mənzil kreditləri Fransa (1,91 faiz), Malta (2,18 faiz) və Lüksemburqda (2,5 faiz) olub. Qeyd olunur ki, yayın sonunda Avropa üçün minimum ipoteka dərəcəsi Lüksemburqda olub və 1,36 faiz təşkil edib. 2022-ci ilin payızında regionun əksər əyalətlərində orta göstəricilər rekord həddə çatıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90