2009-2015-ci illərdə “Qəbələ” Futbol Akademiyasında qapıçı məşqçisi işləyən Uğur Kurt Türkiyədəki zəlzələ nəticəsində vəfat edib.
Bunu “Başakşehir”in prezidenti Göksel Gümüşdağ açıqlayıb.
“Akademiyamızda işləmiş, son olaraq “İskenderunspor”da çalışan Uğur Kurtun vəfat xəbərini üzüntü ilə öyrəndik” – deyə o bildirib.
Qeyd edək ki, 53 yaşlı mütəxəssis “Zeytinburnuspor” (2004), “Qalatasaray” (2006), “Sarıyer” (2015), “Boluspor” (2016), “Karagümrük” (2016), “Manisaspor” (2017), “İstanbulspor” (2018), “Başakşehir” (2022) klublarında da fəaliyyət göstərib.