ABŞ-da yerli sakin bətnindəki uşağını götürmək üçün hamilə qadını öldürüb.
Ulusal.az xəbər verir ki, o, tezliklə məhkəmə qarşısına çıxarılacaq.
Bu barədə “NBC News” məlumat yayıb. 42 yaşlı Amber Vaterman üç uşaq anası Eşli Buşla 2022-ci ilin payızında tanış olub. Oktyabrın sonlarında itkin düşən Eşli səkkiz aylıq hamilə idi. Əri həyəcan təbili çalıb və polisə zəng edib.
Amber həmin gün 911-ə zəng edərək körpəsini maşında dünyaya gətirdiyini, lakin onun nəfəs almağa başlamadığını bildirib. Lakin Eşlinin yoxa çıxmasından xəbər tutan polis uşaqdan DNT nümunəsi götürüb və onun itkin düşən qadının oğlu olduğunu müəyyən edib. Amberin əri sonradan etiraf etdi ki, arvadı hamilə qadının övladını götürmək istəyib. O, körpəni qadının bətnindən çıxarıb. Daha sonra onlar mərhumu brezentə bükərək yandırıblar.
Cütlük saxlanılıb. Avqustun 1-də Amber Vaterman günahını etiraf etdi. Onu ömürlük həbs cəzası gözləyir.