image-2000x150
image-raketbackend

PKK Qaziantepə 5 raket atdı: Ölənlər var

image-728x90

PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış rayonuna 5 raket atıb.

“Habertürk” xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub, 5 nəfər yaralanıb.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib ki, terrorçuların hücumu nəticəsində 1 uşaq və 1 müəllim hadisə yerində həlak olub.

O bildirib ki, yaralılardan biri xəstəxanada dünyasını dəyişib: “Yaralılarımızın müalicəsi isə davam edir”.

Nazir söyləyib ki, raket mərmiləri məktəb ərazisinə də düşüb. S.Soylu qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri xain hücuma sərt cavab verəcək.

Əraziyə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri noyabrın 20-də Suriya və İraqın şimalında yeni anti-terror əməliyyatına başlayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90