image-rt-reklam
image-1backend

Pezeşkian: Bu, İsrail rejiminin cavabsız qalmayacaq böyük səhvidir

image-728x90

İran prezidenti Məsud Pezeşkian İsrailin HƏMAS lideri İsmayıl Haniyəni İranda öldürməsinin cavabsız qalmayacaq böyük səhv olduğunu deyib.

Ulusal.az APA -a istinadən xəbər verir ki, İran dövlət televiziyasının xəbərinə görə, prezident Pezeşkian paytaxt Tehranda səfərdə olan İordaniyanın xarici işlər naziri Əyman əs-Safedi qəbul edib.

Görüş zamanı Pezeşkian İranda rəsmi qonaq olan Həmas Siyasi Bürosunun rəhbəri Haniyənin öldürülməsinin beynəlxalq hüququn pozulması olduğunu bildirib.

O bu hücumu “İsrail rejiminin cavabsız qalmayacaq böyük səhvi” kimi xarakterizə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90