Ermənistanın baş naziri Nikol Paşinyan hakim partiyanın deputatları ilə qapalı iclas keçirib.
Ulusal.az xəbər verir ki, bu barədə “armlur.am” saytı məlumat yayıb.
Məlumata görə, iclasda Laçın yolunun bağlanması müzakirə edilib.
Müzakirələr kifayət qədər qalmaqallı keçib, lakin deputatların yolun nə vaxt açılacağına dair sualları cavablandırılmayıb. Paşinyan deputtatlara deyib ki, müxtəlif ölkələrin parlamentariləri və beynəlxalq təşkilatlarla əlaqə saxlayırlar, lakin yolun açılmasına heç kim zəmanət vermir. Rusiyanın vasitəçiliyinə gəlincə, Paşinyan bu haqda da konkret heç nə deməyib.