Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın şimalındakı Süleymaniyye bölgəsində yeni əməliyyat keçirib.
Ulusal.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, əməliyyat bölgəsində PKK/KCK terror qruplaşmasının üç üzvü zərərsizləşdirilib.
Onlardan birinin qruplaşmanın Süleymaniyye bölgəsi üzrə rəhbər şəxsi Pmer Fırat olduğu bildirilib.