Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) Azərbaycanda keçirdiyi əməliyyatla silahlı terror təşkilatı qurmaq və ona rəhbərlik etmək ittihamı ilə həbs qərarı çıxarılan FETÖ/PDY üzvü Uğur Dəmirok tutularaq Türkiyəyə gətirilib.
Ulusal.az Türkiyə mediasına istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, FETÖ/PDY-nin özəl təhlükəsizlik strukturunda çalışan Dəmirok 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən sonra xaricə qaçıb.
Keçmişdə TSK-nın özəl strukturunda aktiv olduğu təsbit edilən Demirokun təşkilatın kriptovalyuta rabitəsi proqramının “ByLock” istifadəçisi olduğu bildirilib.






















