Əməkdar artist Mətanət İsgəndərlinin yaxınları Türkiyədəki zəlzələdə həlak olub.
Ulusal.az Olay-a istinadl xəbər verir ki, bu barədə o, “Elgizlə izlə” proqramında danışıb.
Müğənni söyləyib ki, qızı Ülkərin həyat yoldaşının qohumları dağıntılar altında ölüb:
“Qızım salamatdır, Antalyada yaşayır. Hamısı bizim öz millətimiz, balalarımızdır. Hamı mənə zəng edirlər. Ülkər zəng elədi, eşitdim ki, ağlaşma səsi gəlir. Ürəyim yerə düşdü. Dedi qorxma uşaqlar buradadır ağlayırlar. Allah bizi o körpə uşaqlara bağışlasın. Qızımın həyat yoldaşının xalasıgil də orada olub. Biri 10, digəri 12 yaşında olan iki qızı birdən həlak oldu. Tək oğku qalıb. Valideynləri elə səbr edirlər ki… Anası deyir, sevinirəm ki, onlar bir yerdədilər, darıxmayacaq. Özü də övladlarına o qədər bağlı ana idi”.