Texnologiya dünyasının iki nəhəngi – “Tesla” və “SpaceX”in baş direktoru İlon Mask və “Meta” şirkətinin təsisçisi Mark Zukerberq yenidən üz-üzə gəlməyə hazırlaşır.
Bu barədə “Xəbər türk” məlumat yayıb.
Bildirilir ki, Mask “Foks Nyus”a müsahibəsi zamanı Zukerberqə ötənilki döyüş təklifini yenidən gündəmə gətirib:
“Mən hər yerdə, istənilən vaxt, istənilən qaydalarla döyüşməyə hazıram”, – Mask deyib.
Qeyd edək ki, 2023-cü ilin avqustunda İlon Mask X hesabında paylaşım edərək, Zukerberq ilə rinqdə üz-üzə gələcəklərini bildirib. Görüşün Roma Kolizeyində baş tutması planlaşdırılsa da, sonradan Zukerberq təklifdən imtina edib.