Fransa prezidenti Emmanuel Makron İran və Livan “Hizbullah”ı da daxil olmaqla müxtəlif regional oyunçuları İsrailə qarşı yeni cəbhə açmağa qarşı xəbərdar edib.
Ulusal.az xəbər verir ki, o, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında bildirib.
“Hizbullah”ı, İran hakimiyyətini, Yəməndəki husiləri və İsraili təhdid edən bölgədəki digər oyunçuları yeni bir cəbhə açmaq riskinə qarşı xəbərdar etmək istərdim”, – deyə Makron bildirib.