Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin Kareliyanın Valaam adasında (Ladoqa gölü) görüşüblər.
Ulusal.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
Liderlər arasında müxtəlif formatlarda danışıqların aparılması planlaşdırılır. Dövlət başçıları Belarus-Rusiya münasibətlərinin inkişafına dair aktual məsələləri, birlik layihələrinin təşviqi, regional təhlükəsizliklə bağlı mövzuları və beynəlxalq gündəliyi müzakirə edəcəklər.