image-2000x150
image-1backend

İtaliyada oğrular muzeydən 1,2 milyonluq qızıl-brilyant oğurlayıblar

image-728x90

Oğrular İtaliyanın Qardon Rivyera şəhərindəki “Vittoriale degli Italiani” muzey kompleksinin amfiteatrında yerləşən “Annunzio Segreto” muzeyini qarət edib, 1,2 milyon avroluq qızıl və brilyanr oğurlayıbar.

Ulusal.az xarici mediaya istinadla xəbər verir ki, “Artnet”in martın 13-də verdiyi məlumata görə, hadisə martın 6-da səhər saatlarında baş verib. Qarətçilər italyan heykəltəraş Umberto Mastroyanninin sərgisinin keçirildiyi Qabriele D’Annunzionun ev-muzeyinin tualetinə daxil olublar. Daha sonra onlar çəkiclə divarda dəlik açaraq, heykəltəraşın əsərlərinin olduğu otağa daxil olublar.

Daha sonra canilər eyni alətdən istifadə edərək vitrinləri açıb birindən başqa bütün eksponatları oğurlayıblar.

Nəticədə Mastroyanninin bir çoxu qızıldan hazırlanmış və brilyantlarla bəzədilmiş 1,2 milyon avro dəyərində olan 48 əsəri yoxa çıxıb. Sərgi təşkilatçıları qorxur ki, cinayətkarlar qızılları əridib, oğurlanmış əsərləri məhv edəcək, mədəni irsə daha çox ziyan vuracaqlar. “Cordano Bruno” kompleksinin prezidenti Querrinin dediyinə görə, muzeydə əsl “ultra-ixtisaslaşmış dəstə” fəaliyyət göstərib.

Təhqiqatçılar müşahidə kameralarından istifadə edərək cinayətkarların kimliyini müəyyənləşdirməyə çalışırlar.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90