image-rt-reklam
image-2backend

İraqdakı aviabazaya hücum edilib, yaralılar var

image-728x90

İraqdakı Ayn əl-Əsəd aviabazasına raket hücumu nəticəsində bir neçə amerikalı hərbçi yaralanıb.

Ulusal.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ Müdafiə Nazirliyinin sözçüsünə istinadla məlumat yayıb.

“Biz təsdiq edə bilərik ki, bu gün əl-Əsəd aviabazasına ABŞ və koalisiya qüvvələrinə qarşı raket zərbəsi endirilib”, – telekanalın həmsöhbəti bildirib.

“İlkin məlumatlara görə, bir neçə amerikalı hərbçi yaralanıb. Baza əməkdaşları hücumdan sonra dəymiş ziyanı qiymətləndirirlər”, – deyə o qeyd edib.

Hücumun kim tərəfindən həyata keçirildiyi bəlli olmasa da, ABŞ rəsmiləri uzun müddətdir ki, İraq və Suriyadakı qoşunlara qarşı hücumlarda İranın dəstəklədiyi qrupları günahlandırır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90