image-rt-reklam
image-1100119backend

İngiltərə Bankı III Çarlzın portreti olan ilk əskinasları təqdim etdi

image-728x90

İngiltərə Bankı 2024-cü ilin ortalarından dövriyyəyə buraxılacaq Kral III Çarlzın təsviri olan ilk əskinasları təqdim edib. Onlar əskinasları tədricən Britaniya kralının anası Kraliça II Yelizavetanın portreti ilə əvəz edəcəklər. Bu barədə Ulusal.az “ Sky News” nəşrinə istinadən xəbər verir.

Yeni 5, 10 funt sterlinq, 20 funt sterlinq və 50 funt sterlinqlik əskinasların ön tərəfində III Çarlzın portreti əks olunub və ümumiyyətlə mövcud əskinaslarla dizayn baxımından eynidir.

“Mən çox qürur duyuram ki, bank Kral III Çarlzın portretini əks etdirən yeni əskinaslarımızın dizaynını təqdim edib. Bu əlamətdar məqamdır, çünki Kral bizim əskinaslarımızda görünən ikinci monarx olacaq. İnsanlar bu yeni əskinaslardan 2024-cü ildə dövriyyəyə buraxıldıqdan sonra istifadə edə biləcəklər”, – İngiltərə Bankının rəhbəri Endryu Beyli bildirib.

Kraliçanın portreti ilk dəfə 1960-cı ildə Britaniya əskinaslarında peyda olub. Mərhum Kraliça II Elizabetin təsviri olan əskinaslar qanuni ödəniş vasitəsi olaraq qalacaq və bank onları yalnız köhnəldikdə geri götürəcək, beləliklə onlar uzun illər dövriyyədə qala bilsinlər.

Dekabrın əvvəlində Böyük Britaniyada III Çarlzın portreti olan ilk sikkələr dövriyyəyə buraxılıb. 50 qəpiklik sikkənin üzərində kralın portreti var idi.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90