Böyük Britaniya kralı III Karl Blenheym sarayında Ukrayna prezidenti Vladimir Zelenskini qəbul edib. Bu barədə kral ailəsi məlumat yayıb.
Görüş Avropa Siyasi Birliyinin Zirvə Toplantısı çərçivəsində baş tutub.
“Görüşdə 46 Avropa lideri bir sıra beynəlxalq problemlər və onların həlli yollarını müzakirə edib”, – nəşr yazır.
Vladimir Zelenski öz Telegram kanalında III Çarlza təşəkkür edib.
O bildirib ki, Böyük Britaniya Ukraynanın ən yaxın və mühüm müttəfiqlərindən biri olaraq qalır.
“Biz Ukrayna xalqına göstərilən bütün dəstəyi yüksək qiymətləndiririk”, – dövlət başçısı vurğulayıb.