image-rt-reklam
image-1backend

“HƏMAS”-ı “müxalifət” adlandırdı – Bayden yenə səhvə yol verdi

image-728x90

ABŞ Prezidenti Co Bayden ötən gün Ağ Evdə Milli Təhlükəsizlik Müqaviləsi ilə bağlı bir sıra açıqlamalar verib.

Ulusal.az xəbər verir ki, Qəzza zolağında əsir mübadiləsinin necə həyata keçiriləcəyi ilə bağlı sualı cavablandıran Bayden, HƏMAS-ı müxalifət adlandırıb.

“Bəzi addımlar atılır, amma müxalifətdən buna reaksiya gəldi”,-deyə Bayden qeyd edib.

Ətrafdakı şəxslər “müxalifət” yox, “HƏMAS” dedikdən sonra Bayden “Bağışlayın, HƏMAS-dan reaksiya gəldi”, -deyə düzəliş edib.

Qeyd edək ki, 2024-cü ildə keçiriləcək prezident sçkilərində namizədliyini irəli sürən Co Bayden yaşı ilə əlaqədar tez-tez bu cür səhvlərə yol verir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90