image-rt-reklam
image-315375385_811314563424888_4934167332970375999_nbackend

Fransa Senatının Azərbaycana qarşı qətnaməsi nələri dəyişəcək? – Deputatdan ŞƏRH   

image-728x90

Xəbər verdiyimiz kimi, Fransa Senatında Azərbaycan əleyhinə qətnamə qəbul edib. Bu barədə bir neçə gün əvvəl yayılmış məlumatlar Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanıb. Hətta Fransadakı diasporumuzun üzvləri senatın binası qarşısında geniş etiraz aksiyası keçirərək, ölkəmizə qarşı ədalətli davranış tələb ediblər.

Ednews bu barədə millət vəkili Cavanşir Feyziyevin münasibətini öyrənib. O, qeyd edib ki, belə qətnamələr əslində təbliğat xarakteri daşıyır və nə Fransaya, nə də Ermənistana bir fayda gətirir. Fransanın parlament səviyyəsində erməni təbliğatı aparmaqla hansısa real nəticəyə nail olması və ya hansısa ciddi siyasi dividentlər əldə edəcəyini düşünmək sadəlövhlük olardı.

“Belə bir təbliğat ən yaxşı halda, seçkilər zamanı erməni icmasının dəstəyinə ümid verir ki, bu da çox hallarda həlledici rol oynamır. Fransada sonuncu prezident seçkiləri ərəfəsində bir sıra namizədlərin öz seçki-təbliğat kampaniyalarını Ermənistana səfər etməklə başladığını müşahidə etdik. Amma seçkilərin nəticələri göstərdi ki, Fransa cəmiyyətinin çox böyük bir qismi üçün Ermənistan və erməni maraqları heç də prioritet hesab olunmur. Odur ki, həmin namizədlər prezident seçkilərində cəmi 1-2 % ətrafında səs toplaya bildilər. Deməli, erməni maraqlarına xidmət edən qərar və qətnamələr Fransa cəmiyyətinin maraqlarını ifadə etmir və müvafiq olaraq, bölgədəki mövcud vəziyyətə təsir etmək imkanına da malik deyil. Fransa-Azərbaycan münasibətləri baxımından bizim üçün maraqlı və vacib olan məqam da məhz bundan ibarətdir”.

Deputatın sözlərinə görə, Fransa BMT TŞ-nin daimi üzvüdür və Azərbaycan öz həqiqətlərini çatdırmaq və müdafiə etmək baxımından, Fransa ilə səmimi münasibətlərin qurulmasında maraqlıdır.

“Fransa parlamentinin ermənipərəst addımları isə bu əməkdaşlığa kölgə salır və eyni zamanda, Fransanın özünün də dövlət maraqlarına xidmət etmir. Ona görə də Fransa hökuməti bir tərəfdən, prezident Makronun timsalında parlamentin qərəzli qətnamə qəbul etməsini stimullaşdırsa da, digər tərəfdən Azərbaycanla bağlı işgüzar fəaliyyətində həmin qətnaməyə əsaslanmır və həmin qətnaməyə müvafiq heç bir addım atmır. Buradan belə bir qənaətə gəlmək mümkündür ki, bu kimi təşəbbüslər sadəcə, siyasi dialoq prosesində Azərbaycana təzyiq üsulundan başqa bir şey deyil”.

Qeyd edək ki, 2020-ci ilin noyabrında da Fransa Senatı belə bir qətnamə qəbul etmişdi. Qətnamənin qəbul edilməsinə 305, əleyhinə isə 1 nəfər səs vermişdi.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90