image-rt-reklam
image-1backend

Filippində 1,5 milyon litr neft daşıyan tanker aşıb

image-728x90

Filippində 1,5 milyon litr neft daşıyan tanker aşıb. Filippin Xəbər Agentliyinin (PNA) məlumatına görə, Nəqliyyat Nazirliyi məsələ ilə bağlı açıqlama verib.

Nazir Jaime Bautista, təxminən 1,5 milyon litr sənaye yanacağı daşıyan “MT Terra Nova” tankerinin Bataan bölgəsi yaxınlığında aşdığını və 17 nəfərlik ekipajdan 16-nın xilas edildiyini bildirib. Bir nəfərin axtarışının davam etdiyini qeyd edən Bautista gəminin çevrilməsi nəticəsində neft sızıntısının baş verdiyini vurğulayıb.

O, güclü külək və yüksək dalğaların müvafiq orqanların müdaxiləsini çətinləşdirdiyini əlavə edib.

Filippin Prezidenti Ferdinand Marcos aidiyyəti qurumlara neft sızıntısının yaratdığı ekoloji təsirləri qiymətləndirmək üçün tapşırıq verdiyini açıqlayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90