image-rt-reklam
image-1backend

Ermənistanda sərt qayda: ya hərbi təlim, ya da həbsxana!

image-728x90

Ermənistanda 25 günlük hərbi təlimdən yayınmaya görə verilən cəza daha sərt olacaq.

Ulusal.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.

Nəşr bildirir ki, dünən müdafiə naziri Suren Papikyan parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasında hökumət və müxalifət nümayəndələri ilə qapalı görüş üçün parlamentə gedib.

Qəzet görüşdən bəzi təfərrüatı əldə edib. Məlumata görə, iclasda nazir və deputatlar qanun layihələri paketini müzakirə ediblər: “Məsələ ondadır ki, hakimiyyət 25 günlük təlim-məşq toplanışından yayınanlara verilən cəzanın sərtləşdirilməsini təklif edir. Ona görə də Papikyan parlamentə bu “son dərəcə vacib” məsələ ilə bağlı gəlib”.

Həmçinin hökumət rüsumdan yayınanların cəzalandırılmasını və mühakimə olunmasını (cərimə və həbs) təklif edir. Nəşr qeyd edir ki, cinayət məsuliyyəti 2 aydan 2 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90