image-rt-reklam
image-1backend

Ermənilər Zelenskiyə qəzəbləndilər – Azərbaycanla bağlı bu qərarı…

image-728x90

Ukrayna Prezidenti Vladimir Zelenskinin İrəvana mümkün səfəri erməniləri narazı salıb.

Ulusal.az xəbər verir ki, ermənilər səfərə təkcə Rusiya ilə savaş vəziyyətində olan Ukraynanın liderinin səfərinin mümkün təhlükəli nəticələri yox, həm də onun Azərbaycanı dəstəkləməsinə görə etiraz edirlər.

Ermənistanın “Past” qəzeti Ukrayna və prezidentinin 44 günlük müharibə və ondan əvvəl Azərbaycana verdiyi dəstəyə diqqət çəkib:

“Birinci, 44 günlük müharibə zamanı Azərbaycan hərbçiləri Ukraynadan göndərilən silahlardan da istifadə ediblər.

İkinci, Vladimir Zelenski azərbaycanlı həmkarı İlham Əliyevi müharibədə qələbə münasibətilə təbrik edərək, Ukraynanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməkdə dəyişməz mövqeyini təsdiqləyib.

Üçüncü, Ukrayna Xarici İşlər Nazirliyi həmişə ölkə vətəndaşlarını Azərbaycan qanunvericiliyini rəhbər tutaraq (işğalda olanda) Qarabağa səfərdən çəkinməyə çağırıb.

Dördüncü, 2023-cü ilin sentyabrında Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edərək, Qarabağdakı “seçkilər”i pisləyib.

Beşinci, hələ 2017-ci ildə Ukrayna Qarabağda (separatçılar tərəfindən) istehsal olunan bütün növ malların ölkəyə idxalına qadağa qoymuşdu, Zelenski bu qərarı ləğv etməmişdi.

Altıncı, Ukrayna hərbi cinayətkarlar siyahısına “keçmiş dövlət naziri” Ruben Vardanyanı da daxil edib. Siyahıda Vardanyanın adı “dərhal həbs olunaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli olan şəxs” kimi çəkilir.

Nəhayət, bütün beynəlxalq strukturlarda mühüm səsvermələr zamanı Ukrayna həmişə Ermənistana qarşı Azərbaycanın tərəfini tutub”. “Teleqraf.com”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90