Xankəndi şəhərində ərzaq qıtlığı yaranıb. Ulusal.az xəbər verir ki, bu barədə ermənilər sosial şəbəkədə və teleqram kanallarında məlumat yayıblar.
Erməni mediası isə məlumatı təsdiq edərək yazır ki, dünəndən etibarən Xankəndi və ətraf şəhərlərdə bir sıra zəruri ərzaq çatışmazlığı problemi yaranıb. Belə ki, dükanlarda maye yağ, konservlər, habelə bəzi un və un məmulatları tapmaq mümkün deyil. Həmçinin şəhər sakinləri və xarici şirkətin təmsilçiləri Qarabağdan çıxmaq üçün yollar axtarırlar.
Bildirək ki, Qarabağdakı separatçılar ərzaq depolarının dolu olduğunu iddia etsələr də, yolun bağlanmasının üçüncü günü stoklarının bitdiyi məlum olub. Bu da ermənilər arasında ciddi narazılıq yaradıb.
Qeyd edək ki, ermənilər vəziyyətin belə şəkil almasını Şuşa-Xankəndi yolunda aksiyanın keçirlməsi səbəbindən bağlanmasını göstərir. Lakin məlumdur ki, yolu Azərbaycan QHT və media nümayəndələri deyil, rus sülhməramlıları bağlayıblar. Aksiyaçılar ermənilərin dinc məqsədlərlə yoldan istifadə edəbiləcəyini elə ilk gündən bəyan ediblər. Bundan başqa, Azərbaycanın XİN-i rəsmi qaydadaaçıqlama verib ki, Qarabağda yaşayan ermənilərin bütün humanitar problemlərini həll etməyə hazırdır.