image-2000x150
image-333backend

Erməni politoloqdan Zəngəzurla bağlı sensasiyalı iddia: “ABŞ bu bölgəni Azərbaycana verəcək”

image-728x90

Ermənistanda Vaşinqton görüşü ilə bağlı ciddi narahatlıq var. Hərçənd bu narahatlıq Ermənistan hakimiyyətini əhatə etmir. Müxalifət baş verənlərdən nəinki əndişəlidir, həm də bunu hakimiyyətə qarşı təbliğat vasitəsi kimi istifadə edir.

Maraqlı məqam odur ki, erməni müxalifətinə yaxın politoloqlar Vaşinqton görüşündən elə qəribə nəticələr çıxarıblar ki, sanki Azərbaycan ABŞ-ın ən yaxın müttəfiqidir. Ulusal.az xəbər verir ki, bu düşüncədə olanlardan biri də politoloq Stepan Danelyandır. O deyir ki, Azərbaycanın Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi qurması ABŞ-la razılaşdırılmış addımıdr. “Əslində ABŞ-ın məlum nəzarət bvuraxılış məntəqəsi ilə bağlı verdiyi açıqlamanı diqqətlə araşdırsaq, qeyri-adi bir şeylə rastlaşmayacayıq. ABŞ deyir ki, Qarabağ ermənilərinin Laçın yolundan və Ermənistana gedib-gələmələrində sərbəstlik təmin olunmalıdır. Amerika heç bir bəyanatında bildirməyib ki, Azərbaycan kerçid məntəqəsi qurmamalıdır. Azərbaycan da hazırda Qarabağ ermənilərinin gediş-gəlişinə heç bir maneçilik törətmir. Əksinə, həmin sərbəstliyi təmin edir. Buradan aydın görünür ki, Bakı ilə Vaşinqton arasında bu məsələdə hər hansı ziddiyyət yoxdur. Yəni ABŞ-ın bəyanatı ilə Azərbaycanın davranışı çox ahəngdardır”.

Erməni politoloq onu da iddia edib ki, Amerika tərəfi ilə Azərbaycan arasında bu baxımdan müəyyən qarşılıqlı razılaşma var. “Onu da unutmayaq ki, Amerikanın Azərbaycanda səfirliyi var. O, mükəmməl işləyir və ona həvalə edilmiş funksiyaları yerinə yetirir. Bu prosesləri idarə edən, əsasən Cənubi Qafqazda əsas moderator rolunu öz üzərinə götürmək üçün müraciət edən, bir çox məsələləri ABŞ ilə əlaqələndirən Britaniya tərəfi də var”.

İki gün əvvəl Vaşinqtonda başlayan Mirzoyan-Bayram danışıqlarına toxunan politoloq, ilk növbədə, Amerika tərəfinin bu danışıqlardan nə qazanmağa çalışdığını aydınlaşdırmağın lazım olduğunu qeyd edib. O hesab edir ki, ABŞ-ın burada iki problemi var. “Onlardan biri Qarabağa, digəri isə Zəngəzura aiddir. Bu iki məsələ bir biri ilə sıx bağlıdır. Qarabağa gəlincə, Amerika tərəfinə Rusiya sülhməramlı hərbi birləşməsinin oradan çıxması lazımdır. Rusiya sülhməramlılarının çıxarılması üçün Ermənistanın Qarabağlı Azərbaycanın ərazi bütövlüyünün bir hissəsi kimi tanıması üçün iki ilkin şərt lazımdır. Ermənistan bu ilkin şərti açıq şəkildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaqla yerinə yetirir. Bununla bağlı Praqada hansısa ilkin sənəd imzalanıb, lakin hələ də çatışmayan ən mühüm sənəd imzalanmayıb və Ermənistan Milli Assambleyası hələ heç nəyi ratifikasiya etməyib. Başqa sözlə, Ermənistanın baş nazirinin və xarici işlər nazirinin bu günlərdə bəyan etdikləri kağız üzərində görünməli və ratifikasiya edilməlidir”.

Danelyan vurğulayır ki, bundan sonra belə bir sual yaranacaq: Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini müvəqqəti də olsa kim təmin etməlidir? “Aydındır ki, Rusiya sülhməramlı qoşunları Qarabağı tərk etdikdən sonra o missiyanı bəzi beynəlxalq strukturlar öz üzərinə götürəcək. Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin etmək üçün hansı ölkənin sülhməramlı qoşunlarının Qarabağa gələcəyi burada tamamilə əhəmiyyətsizdir. Bu qoşunların birbaşa Amerika tərəfinin nəzarəti altında olması vacibdir”.

Erməni politoloq qeyd edir ki, ruslar Qarabağdan çıxdıqdan sonra Ermənistan üçün ikinci problem yaranacaq. “Bu Zəngəzur məsələsidir. Bu məsələnin həlli ABŞ üçün lazımdır ki, İranla Rusiyanın bir-biri ilə quru keçidi olmasın. Bu əlaqə hələ də Rusiyanın 102-ci hərbi bazasının yerləşdiyi Ermənistan vasitəsilə həyata keçirilir. Yəni Zəngəzur probleminin həlli ilə Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsi də həll olunacaq. Nəticədə təkcə Zəngəzur deyil, Ermənistanın əhəmiyyətli hissəsi böyük mənada Türkiyə və Azərbaycan nəzarətinə keçəcək. Bütün bunlar Böyük Britaniyanın nəzarəti altında və ABŞ-ın icazəsi ilə baş verəcək. Yuxarıdakı prosesi reallaşdırmaq üçün ABŞ-ın hüquqi çəkisi olan bir sənədə ehtiyacı var. Əsas məqsəddə budur”.jamaz

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90