image-rt-reklam
image-1backend

Kim Çen In Rusiyadan imtina edir – Putinlə razılaşma pozuldu, ABŞ üçün imkan pəncərəsi açıldı

image-728x90

Şimali Koreya lideri Kim Çen In Rusiya ilə əməkdaşlıqdan narazılığını ifadə edib. Beynəlxalq mənbələrin bildirdiyinə görə, Kim Rusiya prezidenti Vladimir Putinin ölkəsinə verdiyi dəstəklə müqayisədə qeyri-bərabər qarşılıq təqdim etdiyini hesab edir.

Məlumatlara əsasən, 2023-cü ildən bu yana Şimali Koreya Rusiyaya təxminən 5,6–9,8 milyard dollar dəyərində hərbi yardım göstərib. Bu yardıma milyonlarla artilleriya mərmisi, raket sistemləri, ballistik raketlər, həmçinin 15 minə yaxın Şimali Koreya hərbçisinin göndərilməsi daxildir.

Əvəzində Rusiya ərzaq məhsulları, yanacaq, bəzi hava hücumundan müdafiə sistemləri və ehtimal ki, bir neçə hərbi təyyarə göndərib. Bu yardımların ümumi dəyəri isə təxminən 1,2–1,5 milyard dollar səviyyəsində qiymətləndirilir.

Almaniyanın Fridrix Nauman Fondunun “Bərabərsiz tərəfdaşlıq” adlı hesabatında bildirilir ki, bu razılaşma Pxenyana ciddi iqtisadi və texnoloji üstünlük qazandırmayıb. Fondun Cənubi Koreya bölməsinin rəhbəri Frederik Şporun sözlərinə görə, “Putin faktiki olaraq Şimali Koreyanı istismar edir”.

Son xəbərlərə görə, Kim Çen In ABŞ ilə dialoqa açıq olduğunu bəyan edib. Pxenyanın rəsmi agentliyi KCNA-nın məlumatına əsasən, Kim keçmiş ABŞ prezidenti Donald Trampla görüşlərini “xoş xatirə” kimi xatırladığını bildirib. O, bununla yanaşı, Şimali Koreyanın nüvə silahından imtina etməyəcəyini də açıq şəkildə vurğulayıb.

“Əgər ABŞ nüvəsizləşmə israrından əl çəkərsə və bizimlə dinc yanaşı yaşamağı qəbul edərsə, qarşılıqlı anlaşma mümkündür”, – Kim bildirib.

Alman analitiklər bildirirlər ki, Kim Çen In-ın bu mesajı Moskva və Pekinə alternativlərin mövcud olduğunu göstərmək məqsədi daşıyır. Bild-in siyasi şərhçisi Frederik Şpor hesab edir ki, Kim üçün bu görüşlər həm diplomatik təcridin yumşaldılması, həm də beynəlxalq nüfuzun artırılması baxımından faydalı ola bilər.

Şpor əlavə edib ki, Rusiya ilə artan hərbi əməkdaşlıq fonunda, Kim öz mövqeyini gücləndirib və sanksiyaların yüngülləşdirilməsi məsələsi artıq onun üçün əvvəlki qədər prioritet deyil.

Şərhçilər bildirirlər ki, Şimali Koreya ilə Rusiya arasında yaranan fikir ayrılığı Ukrayna üçün müsbət diplomatik fürsətlər yarada bilər. ABŞ-ın bu gərginlikdən istifadə edərək iki ölkə arasındakı hərbi əməkdaşlığı zəiflətməsi, Ukraynanın təhlükəsizliyi və müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Hazırda Pxenyanın nüvə proqramı ilə bağlı danışıqlardan daha vacib olan məsələ, Rusiyaya silah tədarükünün qarşısının alınması hesab olunur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90