“Neftçi” Azərbaycanda mövsümün transferini edərək Vensan Abubakarı heyətinə cəlb edib.
Ulusal.az xəbər verir ki, kamerunlu hücumçunun “ağ-qaralar”da nə qədər qazanacağı məlum olub.
O, illik 500 min dollara (850 min manat) yaxın gəlir əldə edəcək.
“Ağ-qaralar” büdcəyə uyğun olaraq şərtlər irəli sürüb və cavabını gözləyib. Sonda afrikalı forvard ölkəmizdə oynamağa qərar verib.
V.Abubakar “Neftçi” ilə anlaşmazdan əvvəl klubun hədəfləri və bazası ilə maraqlanıb.
Baza və infrastrukturla tanış olduqdan sonra isə Azərbaycanda oynamağa razılaşıb.
(qafqazinfo.az)